"B.Sərdarov adına Maşınqayırma Zavodu" MMC-nin nizamnamə kapitalı kəskin azalıb.
“APA-Economics” “Vergilər” qəzetinə istinadən xəbər verir ki, şirkət nizamnamə kapitalının 16 mln. 61 min manatdan 7 mln. 98 min 702 manatadək azaldığını elan edib.
Kreditorlar bir ay ərzində öz tələblərini Binəqədi ryonu, Binəqədi ŞTQ, Binəqədi şossesi, ev 53 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, B.Sərdarov adına Maşınqayırma Zavodu MMC-yə cari ilin iyul ayında çevrilmiş və zavodun nizamnamə kapitalı 16 milyon 61 min manat həcmində müəyyən edilmişdi.