Bank Of Baku

Azərbaycanın bank sektorunun xalis mənfəəti 10%-ə yaxın artıb

Azərbaycanın bank sektorunun xalis mənfəəti  10%-ə yaxın artıb
# 28 oktyabr 2025 09:54 (UTC +04:00)

Azərbaycanın bank sektoru bu ilin yanvar-sentyabr ayları ərzində 910.7 milyon manat xalis mənfəət əldə edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, qeyd olunan göstərici ötən ilin eyni dövrünə nisbətən 9.8% çoxdur.

Banklar bu dövrdə 3 milyard 666.8 milyon manat həcmində faiz gəlirləri, 1 milyard 378.8 mln. manat həcmində isə qeyri-faiz gəlirləri əldə edib.

Hesabat dövründə bankların əməliyyat mənfəəti 1 milyard 373.2 milyon manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR