Bank Of Baku

Azərbaycanın cari əməliyyatlar hesabı 2031-ci ilə kimi profisitli olacaq

Azərbaycanın cari əməliyyatlar hesabı 2031-ci ilə kimi profisitli olacaq
# 10 noyabr 2026 11:48 (UTC +04:00)

Azərbaycanda cari əməliyyatlar hesabı 2031-ci ilə kimi profisitli olacaq.

"APA-Economics" xəbər verir ki, bu, 2027-ci il dövlət büdcəsinin zərfində əksini tapıb. Hökumət tərəfindən Azərbaycanda cari əməliyyatlar hesabının profisitinin 2027-ci ildə 1 milyard 750,8 milyon ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılır.

Sənədə əsasən, cari əməliyyatlar hesabının profisitinin 2028-ci ildə 503 milyon dollar, 2029-cu ildə 902 milyon dollar, 2030-cu ildə isə 1 milyard 333,5 milyon dollar təşkil edəcəyi gözlənilir.

Beləliklə, 2028-ci ildən sonra Azərbaycanın cari əməliyyatlar hesabının müsbət saldosunun ardıcıl iki il artacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı oktyabrın 29-da proqnozunu yeniləyərək cari əməliyyatlar hesabında 2026-cı ildə 8,5 milyard ABŞ dolları, 2027-ci ildə isə 5,4 milyard ABŞ dolları profisit gözlədiyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR