Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 439 070,11 min dollar dəyərində 413 776,68 min ton meyvə-tərəvəz ixrac edib.
"APA-Economics" Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, həcm baxımından ötən ilin analoji dövrü ilə müqayisədə 16 456,09 ton və ya 3,9%, məbləğ baxımından isə 14 885,3 min dollar və ya 3,7% çoxdur.
Tərəvəz və meyvələrin emal məhsullarına gəlincə, cari ilin 9 ayı ərzində 13 295,46 ton məhsul ixrac olunub ki, bununla da 15 995,31 min dollar vəsait əldə olunub.
Bu, həcm baxımından ötən ilin analoji dövrü ilə müqayisədə 1432,56 ton və ya 9,5% çox, məbləğ baxımından isə 1 374,16 min dollar və ya 7,9% azdır.