Bank Of Baku

Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb

Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
# 17 aprel 2025 16:01 (UTC +04:00)

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) qızıla yatırılan investisiyanın həcmini artırıb.

"APA-Economics” ARDNF-ə istinadən xəbər verir ki, 2025-ci ilin ilk rübündə Fondun investisiya portfelinin 16 milyard 134,4 milyon dollarlıq hissəsini (25,8%) qızıl investisiyaları təşkil edib. Üç ay ərzində ARDNF qızıla olan investisiyalarını 3 milyard 779,8 milyon ABŞ dolları artırıb. Belə ki, ötən ilin sonunda Fonddun investisiya portfelinin 12 milyard 354,6 milyon dollarlıq ABŞ dollarlıq hissəsini (20,6%) qızıl investisiyaları təşkil edib.

Qeyd edək ki, ARDNF bu ilin ilk rübündə 18,7 ton qızıl alıb. Belə ki, 2024-cü ilin sonuna Fondun qızıl ehtiyatı 146,6 ton təşkil etdiyi halda bu il aprelin 1-nə bu rəqəm 165,3 tona qədər yüksəlib. Ümumilikdə isə, ARDNF 2024-cü ilin əvvəlindən indiyə kimi 63,5 ton qızıl alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR