Bank Of Baku

Azərbaycanın sığorta bazarı 12 %-ə yaxın böyüyüb

Azərbaycanın sığorta bazarı 12 %-ə yaxın böyüyüb
# 24 dekabr 2025 11:02 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 365.4 milyon manat sığorta haqqı toplanılıb.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 11,7% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 844.8 milyon manat təşkil edib. Bu göstərici illik müqayisədə 21,7% çoxdur.

Qeyd edək ki, 11 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56,8 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR