Bank Of Baku

Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 16 dəfəyə yaxın üstələyib

Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 16 dəfəyə yaxın üstələyib
# 23 iyul 2025 17:12 (UTC +04:00)

2025-ci ilin 1 iyul tarixinə ölkənin strateji valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivləri və Azərbaycan Mərkəzi Bankının ehtiyyatları) ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.4% və ya 7 milyard 931.3 milyon ABŞ dolları artaraq 77 milyard 669,5 milyon ABŞ dolları təşkil edib.

APA-Economics” xəbər verir ki, cari il 1 iyul tarixinə xarici dövlət borcunun səviyyəsi 5010,7 milyon ABŞ dollarına ( 8 518,19 milyon manat) bərabər olub və bu il üzrə proqnozlaşdırılan ÜDM-in 6.6%-ni təşkil edib.

Beləliklə, hesabat tarixinə Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 15.5 dəfə üstələyib.

Xatırladaq ki, 2023-cü ildə ölkənin strateji valyuta ehtiyatları xarici dövlət borcundan 10.5 dəfə, 2024-cü ildə isə 13.9 dəfə çox idi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR