Bank Of Baku

"Bakı Fond Birjası"nın dövriyyəsi 14 mlrd. manata yaxınlaşıb

"Bakı Fond Birjası"nın dövriyyəsi 14 mlrd. manata yaxınlaşıb
# 05 mart 2025 09:46 (UTC +04:00)

2025-ci ilin yanvar-fevral aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 13,6 milyard manat təşkil edib.

"APA-Economics" BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,4 dəfə artaraq 5396 olub.

BFB-nin dövriyyəsinin 94,8 %-i və yaxud 12,9 milyard manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 3,8 dəfə çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR