Bank Of Baku

"Bank Melli İran"ın Bakı filialının maliyyə vəziyyəti məlum olub

"Bank Melli İran"ın Bakı filialının maliyyə vəziyyəti məlum olub
# 10 oktyabr 2022 16:00 (UTC +04:00)

"Bank Melli İran"ın Bakı filialı bu ilin yanvar-sentyabr ayları üzrə maliyyə hesabatını açıqlayıb.

APA-Economics” hesabata istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında bankın faiz gəlirləri 2,557 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 1% az), faiz xərcləri 168,8 min manat (27,8% az), xalis faizləri 2,389 milyon manat (1,6% çox) təşkil edib.

Bankın aktivlər üzrə ehtiyatların yaradılmasına ayırmaları 315,1 min manat, xarici valyuta əməliyyatları üzrə gəlirləri 138,9 min manat, haqq və komissiya gəlirləri 139,6 min manat, digər gəlirləri 7,2 min manat, torpaq, tikili və avadanlıqların xaric olmasından gəlirləri 7,3 min manat olub.

Filialın xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə xərcləri 229,9 min manat, haqq və komissiya xərcləri 80,1 min manat, inzibati xərcləri isə 1,320 milyon manata bərabər olub.

Nəticədə "Bank Melli İran"ın Bakı filialı 2022-ci ilin doqquz ayını 1,357 milyon manat xalis mənfəətlə başa vurub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 41% çoxdur. Belə ki, 2021-ci ilin eyni dövründə 963,8 min manat xalis mənfəət açıqlamışdı.

2022-ci ilin oktyabrın 1-nə Bankın cəmi aktivləri 5,8% artaraq 91,225 milyon manat, o cümlədən müştərilərə verilmiş kreditləri 0,4% azalaraq 9,810 milyon manata enib. Filialın cəmi öhdəlikləri 5,8% artaraq 54,449 milyon manata, cəmi kapitalı isə 3,8% artaraq 36,776 milyon manata yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR