Əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə nasos stansiyasında aparılan yenidənqurma işləri əlaqədar 10 oktyabr 2022-ci il tarixində gün ərzində Binəqədi qəsəbəsi 1-ci, 2-ci və 3-ü mədən ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə "APA-Economics"ə “Azərsu” ASC-dən bildirilib.
Narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.