Bank Of Baku

BMT nümayəndəsi: Azərbaycanda əhalinin 46%-i bank hesabına sahibdir

BMT nümayəndəsi: Azərbaycanda əhalinin 46%-i bank hesabına sahibdir
# 31 yanvar 2025 15:39 (UTC +04:00)

"Azərbaycanda orta hesabla əhalinin 46%-i bank hesabına sahibdir".

"APA-Economics” xəbər verir ki, bunu BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) “Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə” seminarında çıxışı zamanı BMT-nin Azərbaycan üzrə Rezident Əlaqələndirici ofisinin iqtisadçısı Hurşid Rüstəmov deyib.

O bildirib ki, ali təhsilli şəxslərin isə 82%-i bank hesabına sahibdir.

“Orta təhsilli qadınların cəmi 36%-i bank hesabına malikdir. Ən aşağı gəlirli 40%-lik təbəqəyə aid qadınlar arasında isə bu göstərici cəmi 25%-dir. Bu isə o deməkdir ki, qadınların iqtisadi gücləndirilməsi üçün məhz aşağı gəlirli qruplara yönəlmiş təşəbbüslər çox effektiv ola bilər” - H.Rüstəmov əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR