Bank Of Baku

Cari əməliyyatlar balansının neft-qaz üzrə profisiti açıqlanıb

Cari əməliyyatlar balansının neft-qaz üzrə profisiti açıqlanıb
# 18 mart 2025 10:25 (UTC +04:00)

2024-cü ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisi 4,7 milyard dollar təşkil edib.

"APA-Economics" xəbər verir ki, bunu keçirilən brifinqdə Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.

Onun sözlərinə görə, cari əməliyyatlar hesabının ÜDM-də payı 6,3%-ni təşkil edib.

Neft-qaz sektoru üzrə CƏH-in profisiti 15 mlrd. dollar, qeyri-neft sektoru üzrə CƏH-in kəsiri 10,38 mlrd. dollar məbləğində olub.
Qeyd edək ki, beynəlxalq maliyyə təşkilatları 2024-cü ilin yekunu üzrə Azərbaycanda cari əməliyyatlar hesabının profisitli olacağı proqnozlaşdırmışdı.

Sonuncu dəfə bu il dekabrın 6-da "S&P Global Ratings" Azərbaycanın cari əməliyyatlar hesabının profisitinin 2024-cü ilin sonuna ÜDM-in 6,9 faizi həcmində proqnozlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR