Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən, 2022-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 22 mlrd. 401,5 mln. manat vəsait daxil olub.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə büdcədən 20 mlrd. 470,7 mln. manat vəsait xərclənib.
Büdcənin icrasında 1930,8 mln. manatlıq profisit yaranıb.