Bank Of Baku

Dövlət büdcəsinə gömrük xətti ilə daxilolmalar 31%-dən çox artıb

Dövlət büdcəsinə gömrük xətti ilə daxilolmalar 31%-dən çox artıb
# 08 oktyabr 2022 14:16 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 4,227 milyard manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,2% çoxdur.

"APA-Economics"in DGK-nın dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi 1,023 milyard manat təşkil edib.

ƏDV üzrə daxilolmalar 3,034 milyard manat, aksizlər üzrə 120,8 milyon manat, yol vergisi üzrə daxilolmaların həcmi isə 47,1 milyon manata bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR