Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, sadələşmiş vergi limitlərinin 200 min manatdan 400 min manatdan yüksəldilməsi və bu həddin artırılmasının nağdsız ödənişlərə aid edilməsinə aydınlıq gətirilib.
APA xəbər verir ki, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Vergi Xidmətinin rəisi Orxan nəzərli deyib ki, ölkədə pərakəndə satışda nağdsız ödənişlərin xüsusi çəkisi 78%-dir.
“Bu baxımdan nağdsız ödənişlər kifayət qədər əhatəlidir. Nağd satışda daha çox yayınma var, məhz buna görə də nağdsız ödənişləri stimullaşdırırıq. Beynəlxalq təcrübə ilə müqayisə etdikdə, Azərbaycanda məcburi ƏDV qeydiyyatına durma limiti kifayət qədər yüksəkdir”, - deyə DVX rəisi qeyd edib.