Paşha Bank
Bank Of Baku

Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək

Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
# 16 oktyabr 2026 17:26 (UTC +04:00)

Dövlət Müəssisələri üzrə Qlobal Konfransın növbəti toplantısının 2027-ci ildə Bakıda keçirilməsi planlaşdırılır.

“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan nümayəndə heyətinin Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani ilə görüşündə məlumat verilib.

Bildirilib ki, konfransın Bakıda təşkilinə dair Dünya Bankı ilə ilkin razılıq əldə olunub və hazırda hazırlıq tədbirləri görülür.

Görüşdə maliyyə nazirinin birinci müavini Anar Kərimov Azərbaycanda dövlət müəssisələrinin monitorinqi və onların maliyyə hesabatlarının təhlili sahəsində aparılan islahatlardan danışıb. O, bu istiqamətdə Dünya Bankının göstərdiyi texniki dəstəyi yüksək qiymətləndirib.

Tərəflər Azərbaycanla Dünya Bankı arasında mövcud əməkdaşlığın inkişaf perspektivlərini də müzakirə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR