Paşha Bank
Bank Of Baku

Günay Cəlilova: Azərbaycanda QR ödəniş infrastrukturu genişlənir

“Yelo Bank”ın İdarə Heyəti sədrinin müavini Günay Cəlilova

© APA | “Yelo Bank”ın İdarə Heyəti sədrinin müavini Günay Cəlilova

# 24 noyabr 2026 11:59 (UTC +04:00)

Azərbaycanda POS-terminallar vasitəsilə həyata keçirilən aylıq ödənişlərin həcmi 1,2 milyard manata yaxın olsa da, QR ödənişlərin payı cəmi bir neçə faiz təşkil edir.

“APA-Economics” xəbər verir ki, bunu “Yelo Bank”ın İdarə Heyəti sədrinin müavini Günay Cəlilova X Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ölkədə 100 mindən çox POS-terminalda QR ödəniş imkanı yaradılsa da, bu ödəniş üsulundan istifadənin aşağı səviyyədə qalması müştəri vərdişləri ilə əlaqədardır.

Günay Cəlilova qeyd edib ki, Azərbaycanda “Apple Pay” və “Google Pay” xidmətlərinin erkən tətbiqi müştərilərin ödəniş vərdişlərinin formalaşmasına təsir göstərib. Qazaxıstanda isə QR ödənişlər daha əvvəl tətbiq edildiyindən bu üsul geniş yayılıb.

Onun fikrincə, banklar və sahibkarlar müştərilərə əlavə təşviqlər təqdim etməklə QR ödənişlərin həcmini artıra bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR