Bank Of Baku

"Günay Sığorta"nın İdarə Heyətinə müvəqqəti icraedici təyin edilib

"Günay Sığorta"nın İdarə Heyətinə müvəqqəti icraedici təyin edilib
# 13 oktyabr 2022 15:34 (UTC +04:00)

"Günay Sığorta" şirkətinin idarə heyətinə müvəqqəti icraedici təyin edilib. Sığorta şirkətinin nümayəndəlik və filiallarla iş departamentinin direktoru Pərviz Rzayev 2 ay müddətinə idarə heyətinin sədrinin səlahiyyətlərini icra edəcək.

Pərviz Rzayev "APA-Economics"ə açıqlamasında məlumatı təsdiqləyib.

Qeyd edək ki, "Günay Sığorta"nın İdarə Heyətinin sədri Mahir Niftəliyev avqustun 1-dən öz ərizəsi ilə şirkətdən ayrılıb. Bu müddətdə sığorta şirkətinin idarə heyəti boş qalıb.

Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Şirkətin səhmlərinin 58,31%-i Yeganə Şirinovaya ("Günay Bank" ASC-nin 41,15 %-lik səhmdarı), 33,27 %-i Mahmud Məmmədova ("Günay Bank"ın 58,22 %-lik səhmdarı və Müşahidə Şurasının sədri), 8,42 %-i isə "Günay Bank"a məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR