“PAŞA Sığorta” Gürcüstana səyahət etmiş müştərisinin səhhətində anidən baş vermiş narahatlıqlara görə tibbi xərclərini qarşılayıb.
Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, Gürcüstanda olarkən nəfəsalma çətinliyi ilə xəstəxanaya müraciət edən müştəri təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Müştəri “IVL” aparatına qoşulub və nəticədə 4,619 ₼ məbləğində yaranmış tibbi xərcləri “PAŞA Sığorta” şirkəti tam qarşılayıb.
Unutmayın, səyahət sığortası əlavə xərc deyil, əksinə sizin gözlənilməz xərclərinizi ödəyir və sizə tam arxayınlıq verir. Kiçik ödəniş müqabilində səyahətdə böyük xərcin öhdəsindən gələ bilərsiniz. Ona görə səyahətə çıxmadan əvvəl daxil olun “PAŞA Sığorta” şirkətinin saytına, cəmi 2-3 dəqiqəyə sığortanızı ONLAYN alın və yola arxayın çıxın.