Hesablama Palatası dövlət büdcəsinin icrasına dair təklif və iradlarını açıqlayıb

Vüqar Gülməmmədov, Hesablama Palatasının sədri

© APA | Vüqar Gülməmmədov, Hesablama Palatasının sədri

# 25 may 2022 12:25 (UTC +04:00)

2021-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi və illik hesabat hüquqi aktlarla müəyyən edilmiş müddətlərdə təqdim olunmuş, tələb olunan məlumat və göstəricilər Qanun layihəsinə və illik hesabata, əsasən daxil edilib”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri Hesablama Palatasının apardığı təhlillərə əsasən vurğulayıb ki, 2021-ci il dövlət büdcəsinin icrası ilə bağlı hazırlanan və təqdim olunan sənədlərin siyahısı əvvəlki illərlə müqayisədə nisbətən artırılıb, hesabatlara daxil edilmiş izah və məlumatların keyfiyyətinin və həcminin yüksəldilməsi istiqamətində müəyyən addımlar atılıb. “Büdcə sistemi haqqında” Qanunun 20-ci maddəsində müəyyən edilmiş məlumatlarla yanaşı, son illərdə ilk dəfə olaraq dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyə yardımı (dotasiya) almadan xərclərini öz gəlirləri hesabına maliyyələşdirən şəhər və rayonlar barədə məlumatlar dövlət büdcəsinin icrası barədə illik hesabata əlavə edilib. İllik hesabatda dövlət maliyyəsinin idarəedilməsi üzrə yeni fiskal institutlar, o cümlədən ortamüddətli xərclər çərçivəsinin pilot sektorlarda tətbiqi və büdcə qaydasının təkmilləşdirilməsi sahəsində görülmüş işlər barədə məlumatlara yer alıb.

Həmçinin illik hesabata 2021-ci il üçün iqtisadi təsnifat üzrə təsdiq olunmuş dövlət büdcəsi xərcləri arasında aparılmış yerdəyişmələr, eləcə də məqsədli büdcə fondları (bütün fondlar qeyd edilməklə) barədə də əvvəlki illərə nəzərən daha geniş məlumatlar daxil edilib: “Qeyd edilən müsbət meyilləri diqqətə almaqla, Hesablama Palatası, dövlət büdcəsinin icrası ilə bağlı təqdim edilən hesabat və məlumatların əlçatanlığı və çeşidinin artırılması üçün müxtəlif ölkələrin təcrübəsini və diaqnostik alətlərin tələblərini əsas götürərək dövlət büdcəsinin icrası barədə sənədləşməyə daxil edilməsi məqsədilə müvafiq sənədlərin siyahısını tənzimləyən “Büdcə sistemi haqqında” Qanunun 18-ci və 20-ci maddəsində dəyişikliklərin edilməsinin zəruriliyini qeyd edir. Müvafiq məsələyə dair təkliflər Rəyin “Tövsiyələr” bölməsinin 6-8-ci bəndlərində əks etdirilib. Müsbət meyillərdən biri kimi də son illər ərzində ilk dəfə olaraq illik hesabatda Hesablama Palatasının rəylərində verilmiş təkliflər barədə ayrıca altbölmənin verilməsini vurğulamalıyıq. “Hesablama Palatasının rəylərində əks etdirilmiş bəzi tövsiyələrin nəzərə alınması fonunda dövlət büdcəsinin icrasına dair hesabatlara daxil edilmiş məlumatların təhlili icra ilə bağlı hesabata daxil edilməli məlumatlara, büdcə qanunvericiliyinə bir sıra yeni anlayışların daxil edilməsinə, bu anlayışlarla bağlı mexanizmi tənzimləyəcək məsələlərə, fiskal sahəni tənzimləyən müvafiq qanunvericilik və institutlarda təkmilləşdirmələrə, publik hüquqi şəxslərə, dövlət investisiya proqramına, dövlət proqramlarının tərtibinə və dövlət büdcəsində əks etdirilməsinə, xərclərin vahid büdcə təsnifatı ilə müəyyənləşdirilmiş istiqamətlərdə uçota alınmasına dair bir sıra tövsiyələrin icrasız qaldığını da bildirməliyəm”.

Vüqar Gülməmmədov diqqətə çatdırıb ki, “İlk olaraq diqqətə çatdırılmalıdır ki, hesabat ilində büdcə daxilolmalarının yüksək icrasına iqtisadi artım, həmçinin inflyasiyanın gözlənildiyindən yüksək qeydə alınması da təsir göstərib: “Qanun layihəsinə əsasən dövlət büdcəsinin gəlirləri proqnozla müqayisədə çox icra edilibş, gəlirlərin əsas tərkib hissələri üzrə proqnoz göstəricilər 15 mənbə üzrə artıqlaması ilə, 4 mənbə üzrə kəsirlə, 3 mənbə üzrə isə proqnoz göstərici ilə eyni səviyyədə yerinə yetirilib. Ötən ildə dövlət büdcəsinin gəlirləri proqnozla müqayisədə 3,8% çox icra edilib, büdcə gəlirlərinin artımının əsas mənbəyini hasilatın pay bölgüsü üzrə mənfəət vergisi, ƏDV, gəlir vergisi, gömrük rüsümu, dövlət rüsumu təşkil edib. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər və dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar üzrə proqnoz göstəricilərə ümumilikdə 130,0 mln. manat məbləğində əməl olunmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR