Bank Of Baku

İlin birinci yarısında Neft Fondundan büdcəyə transfertin həcmi açıqlanıb

İlin birinci yarısında Neft Fondundan büdcəyə transfertin həcmi açıqlanıb
# 03 iyul 2025 10:13 (UTC +04:00)

2025-ci ilin ilk altı ayında Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfertin həcmi 7 mlrd. 240,5 mln. manat təşkil edib.

"APA-Economics" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, transfert proqnoza qarşı 100% həcmində icra edilib.

Ötən ilin eyni dövrünə nisbətən Fond tərəfindən büdcəyə köçürmələr 850 milyon manat artıb. Belə ki, ARDNF ötən ilin ilk yarısında büdcəyə 6 mlrd. 390,5 mln. manat transfert edib. Transfertin büdcə gəlirlərində payı isə 36,6% təşkil edib.

Qeyd edək ki, bu ilin ilk altı ayında büdcənin cəmi gəlirləri 19,8 mlrd. manat, cəmi xərcləri isə 17,09 mlrd. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR