Bank Of Baku

Mərkəzi Bank: Azərbaycanda investisiyaların sığortalanmasına başlanılacaq

Mərkəzi Bank: Azərbaycanda investisiyaların sığortalanmasına başlanılacaq
# 03 fevral 2025 11:42 (UTC +04:00)

Azərbaycanda investisiyaların sığortalanmasına başlanılacaq.

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Qeyd edilib ki, "Əmanətlərin sığortalanması haqqında" qanunvericiliyə dəyişiklik layihəsi investisiya şirkətlərinin ödəmə qabiliyyətinin itirilməsi zamanı da investorlara sığorta ödənişlərinin verilməsini nəzərdə tutacaq. "Bu məsələ hazırda aidiyyəti orqanlarla müzakirə mərhələsindədir"- AMB-dən əlavə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR