Bank Of Baku

Mərkəzi Bankın yeni binasının təhvil veriləcəyi tarix açıqlanıb - EKSKLÜZİV

Mərkəzi Bankın yeni binasının təhvil veriləcəyi tarix açıqlanıb - EKSKLÜZİV
# 22 aprel 2025 10:39 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) yeni binası 2025-ci ilin avqust ayında təhvil veriləcək.

Bu barədə “APA-Economics”ə layihənin icrasını həyata keçirən Türkiyənin Tekfen şirkətindən bildirilib.

Qeyd edilib ki, yeni binanın layihə və tikinti işləri 2021-ci ildə bağlanmış müqavilə ilə həyata keçirilir. Binanın tamamlanma tarixi əsas müqavilənin əhatə dairəsinə əlavə edilən əlavə işlərlə əlaqədar olaraq 2025-ci ilin avqust ayına qədər yenilənib. Layihə üzrə işlərin 84,1%-i tamamlanıb.

Xatırladaq ki, hündürlüyü 163,8 metr olan Mərkəzi Bankın yeni binasının sahəsi 35 min 737 kvadratmetrdir.

Layihənin müəllifi Avstriyalı Coop Himmelblaudur. O, eyni zamanda Frankfurtdakı Avropa Mərkəzi Bankının dizaynını da hazırlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR