Bank Of Baku

Mikayıl Cabbarov: Qeyri-neft-qaz ixracı yeni mərhələyə daxil olub

Mikayıl Cabbarov, iqtisadiyyat naziri

© APA | Mikayıl Cabbarov, iqtisadiyyat naziri

# 16 noyabr 2026 12:38 (UTC +04:00)

Qeyri-neft-qaz ixracı yeni mərhələyə daxil olub.
APA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.
Nazir deyib ki. 2026-cı ilin gözlənilən nəticəsi nəzərə alınmaqla qeyri-neft-qaz ixracı 2018-ci illə müqayisədə 2,5 dəfə çox olacaq: “Cari ilin 10 ayında Neft Fondunun qızıl əməliyyatları nəzərə alınmadan qeyri-neft-qaz ixracı 20 faizdən çox artaraq 3,6 milyard dollara çatıb, onun 61 faizini sənaye məhsulları təşkil edir. Cari ilin nəticələrinə görə qeyri-neft-qaz mal ixracımızın həcmi 4,2 milyard ABŞ dollarını üstələyəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR