Bank Of Baku

Mikayıl Cabbarov: "Sahibkarlara 90 milyon manatdan çox güzəştli kredit verilib"

Mikayıl Cabbarov: "Sahibkarlara 90 milyon manatdan çox güzəştli kredit verilib"
# 10 oktyabr 2022 14:10 (UTC +04:00)

Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən bu ilin əvvəlindən 1.963 sahibkara 90,2 mln. manat, o cümlədən 1.953 kiçik və orta həcmli layihəyə 62,8 mln. manat güzəştli kredit verilib.

"APA-Economics" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında qeyd edib.

Nazir əlavə edib ki, güzəştli kreditlərin 68,8%-i aqrarsektorun, 31,2%-i sənaye məhsullarının istehsalı və emalı və s. sahələrə yönəldilib. Bu kreditlərin 83,3%-i regionların, 16,7%-i isə Bakı qəsəbələrinin payına düşür. Bu kreditlər hesabına 2.100-ə yaxın yeni iş yerinin açılması imkanı yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR