Bank Of Baku

"MilliKart” prosessinq mərkəzi nizamnamə kapitalını kəskin azaldıb

"MilliKart” prosessinq mərkəzi nizamnamə kapitalını kəskin azaldıb
# 12 fevral 2025 16:29 (UTC +04:00)

"MilliKart” MMC prosessinq mərkəzi nizamnamə kapitalını kəskin azaldıb.

"APA-Economics" bu barədə prosesinq mərkəzinə istinadən xəbər verir. Məlumata görə, “MilliKart” kapitalını 6 milyon manatdan 1,49 milyon manata endirib. Başqa sözlə, MMC nizamnamə kapitalını 4,5 milyon manat və ya 75% azaldıb. Bildirilib ki, buna səbəb prosesinq mərkəzinin zərər etməsi olub.

Qeyd edək ki, “MilliKart” 2006-cı ildə yaradılıb. Prosessinq mərkəzinin təsisçiləri fəaliyyətdə olan “Azərbaycan Sənaye Bankı”, “Bank Respublika”, “Unibank”, “Azər-Türk Bank”, “Rabitəbank”, “Turan Bank”, “Bank of Baku” və “Xalq Bank”, “Access Bank”, bundan əlavə, ləğv prosesində olan “AtaBank”, “Amrah Bank”, “Dəmir Bank”, “Kredo Bank”, “Texnika Bank” və “Zamin Bank” ASC-lər, “Bank Standard” QSC, eləcə də “Para” ASC bank olmayan kredit təşkilatı (BOKT) və “Urbis Holding İnc.” şirkətidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR