Bank Of Baku

"MJ Financial Services BOKT"un istiqrazları listinqə daxil edilib

"MJ Financial Services BOKT"un istiqrazları listinqə daxil edilib
# 19 oktyabr 2022 16:58 (UTC +04:00)

Oktyabrın 18-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "MJ Financial Services BOKT" QSC-nin ümumi dəyəri 750 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

Bu barədə "APA-Economics"ə BFB-dən bildirilib. Məlumata görə, nominal dəyəri min manat olan 750 ədəd faizli təmin edilməmiş sənədsiz adlı istiqrazın illik gəlirliliyi 13,5%, tədavül müddəti 18 ay, kupon ödənişləri isə 90 gündən bir nəzərdə tutulub.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək. Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR