Paşha Bank
Bank Of Baku

Nazir müavini: 2030-cu ilədək qeyri-neft-qaz sektorunun ÜDM-də payı 82%-ə çatacaq

Nazir müavini: 2030-cu ilədək qeyri-neft-qaz sektorunun ÜDM-də payı 82%-ə çatacaq
# 12 noyabr 2026 12:00 (UTC +04:00)

2030-cu ilədək qeyri-neft-qaz sektorunun Ümumi Daxili Məhsulda (ÜDM) payının 82%-ə, adambaşına ÜDM-in isə 9600 ABŞ dollarına çatacağı gözlənilir.

APA xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin bu gün keçirilən Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib. O bildirib ki, neftin qiyməti üzrə ehtiyatlı yanaşma əsas götürülüb, baza ssenaridə neftin qiyməti 1 barel üçün 65 ABŞ dolları qəbul edilib.

"2027-ci ildə iqtisadi artımın 2,7%, 2027–2030-cu illərdə orta illik artımın 3,3%, qeyri-neft-qaz sektorunda isə 4,4% olacağı proqnozlaşdırılır. Bu proqnozlar 2027-ci il dövlət büdcəsinin gəlir və xərc parametrlərinin əsasını təşkil edir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR