Paşha Bank
Bank Of Baku

"PAŞA Sığorta" ötən ayda 16 milyon manata yaxın zərərləri qarşılayıb

"PAŞA Sığorta" ötən ayda 16 milyon manata yaxın zərərləri qarşılayıb
# 29 oktyabr 2026 15:16 (UTC +04:00)

“PAŞA Sığorta” 2026-cı ilin sentyabr ayında müştərilərinə müxtəlif sığorta hadisələri üzrə 16 milyon manata yaxın sığorta ödənişi həyata keçirib.

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, ödənişlərin böyük hissəsi avtonəqliyyat hadisələrinin payına düşüb.

Belə ki, ay ərzində minlərlə nəqliyyat hadisələrinə görə avtomobillərə dəymiş zərərlər üzrə 10.169.191 ₼ (sığorta ödənişi), yüzlərlə əmlak hadisələri üzrə isə 157.008 ₼ (sığorta ödənişi) ödənilib. Bu ödənişlər həm icbari, həm də könüllü sığorta müqavilələrini əhatə edib.

Bununla yanaşı, könüllü tibbi sığorta, səyahət sığortası, məsuliyyət sığortası və digər sığorta növləri üzrə həyata keçirilən ödənişlərin həcmi 5 milyon manatı ötüb.

Gözlənilməz hadisələr insanlara və bizneslərə əlavə maliyyə yükü yarada bilər. Belə məqamlarda sığortanın əhəmiyyəti daha aydın görünür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR