Bu il iyul ayının 1-nə "Premium Bank"ın aktivləri 668,2 milyon manat təşkil edib.
“APA-Economics” bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,1% çoxdur. Bu dövrdə bankın nağd vəsaitləri 2,9% azalaraq 149,7 milyon manata enib.
Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 4,4% artaraq 496,5 milyon manat təşkil edib. Bankın ipoteka kreditləri portfeli isə 2,3% azalaraq 73,15 milyon manat təşkil edib.
Hesabat dövrünə “Premium Bank”ın cəmi öhdəlikləri 474,1 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 4,4% çoxdur. Bu dövrdə fiziki şəxslərin depozitləri illik müqayisədə 0,3% artaraq 312,4 milyon manata, hüquqi şəxslərin depozitləri də 41,3% artaraq 80 milyon manata yüksəlib. Nəticədə, bankın ümumi depozit portfeli 6,6% artaraq 392,36 milyon manat olub.
Bu il I yarımildə bankın gəlirləri 16,6% artaraq 30,05 milyon manat, xərcləri isə 4,9% artaraq 20,1 milyon manat təşkil edib.
“Premium Bank"ın xalis mənfəəti illik müqayisədə 47,8% artaraq 9,3 milyon manat olub.