Sahibkarlar üçün B2B Marketplace - FOTO

Sahibkarlar üçün B2B Marketplace - FOTO
# 02 aprel 2024 09:30 (UTC +04:00)

Epoint.az SMB müştəriləri üçün innovativ həllini təqdim edir - sahibkarlar üçün B2B Marketplace. Epoint-in Azərbaycanda e-ticarət məhsullarının rəqəmsal inkişafı və təşviqi üzrə tərəfdaşı rəqəmsal ödənişlər sənayesində dünya lideri Visa şirkətidir.

Epoint Inc. Sahibkarların bir-birlərinə xidmətlərini vahid platformada təklif etmələrinə kömək edəcək yeni məhsulumu - B2B Marketplace-i təqdim etməkdən məmnundur. Platforma bizneslərə öz xidmətlərini onlayn şəkildə tanıtmaq, eləcə də bizneslərini inkişaf etdirmək üçün digər sahibkarlardan xidmətlər almaq, unikal və tələb olunan təkliflər tapmaq imkanı verir.

Epoint ilə inteqrasiya sayəsində rəqəmsal formatda bütün xidmətlərin göstərilməsi hər bir biznes üçün əlçatandır.

"Bizim konsepsiyamız Apple və Google tərəfindən IOS və Android platformalarında edilən inqilaba əsaslanır. Biz bu platformanı dünya üzrə tərtibatçıları və biznes sahiblərini rəqəmsal platforma vasitəsilə birləşdirərək və bir kliklə bizneslərini böyütmək üçün lazımi xidmətləri onlayn əldə etməyi mümkün etməklə inkişaf etdirdik.

Marketplace-da öz komandamız tərəfindən yaradılmış funksiyalar, eləcə də digər şirkətlərin xidmətləri təqdim olunacaq. Biz beynəlxalq şirkət olduğumuz üçün, biznes müştərilərimiz bütün dünyada fəaliyyət göstərən xidmət təminatçılarına daha sərfəli şərtlərlə çıxış əldə edəcəklər.

Hazırda platformada 900-dən çox biznes müştərimiz var ki, onlar bazarda təqdim olunacaq əlavə xidmətlərdən yararlana, eləcə də öz xidmətlərini digər sahibkarlara təqdim edə bilərlər.

Başlanqıcda, biz otellər, hostellər, qonaq evləri və fərdi icarəyə verilən evlərin biznesləri üçün avtomatlaşdırılmış "Hotel Management" idarəetmə sistemini təqdim edirik. Bu sistem vasitəsilə, hər bir kiçik otelin və ya hostelin belə satışlarının idarəetmə paneli olacaq, və xidmətlərini, onlara pulsuz təqdim etdiyimiz şəxsi veb səhifədə təqdim edə biləcəklər. Müştəriləri rahatlıqla oteldə olan nömrələrin sayını, xarici və daxili görünüşü ilə tanış olub rezervasiya edib ödənişlərini edə biləcəklər. Vahid platforma vasitəsi ilə bütün sifarişlər, analitika və nömrələrin mövcudluğu idarə olunacaq. İlk qoşulan müştərilərə bu xidmət pulsuz təqdim olunacaq.

Hotel Management sistemi rezervasiyaların idarə edilməsi üçün adaptiv interfeys təqdim edir ki, bu da personalın uzunmüddətli təliminə ehtiyacı minimuma endirir və otel qonaqları asanlıqla və tez, uyğun otaq və ya çarpayı seçə, rezervasiya haqqını onlayn ödəyə və tətildən həzz ala bilərlər. Əminik ki, bizim inkişafımız ölkənin Turizm sektoruna daha da böyük təkan verəcək və bu sənayedəki bütün müəssisələrin rəqəmsallaşmasına kömək edəcək.


Hotel Management sistemi rezervasiyaların idarə edilməsi üçün adaptiv interfeys təqdim edir ki, bu da personalın uzunmüddətli təliminə ehtiyacı minimuma endirir və otel qonaqları asanlıqla və tez, uyğun otaq və ya çarpayı seçə, rezervasiya haqqını onlayn ödəyə və tətildən həzz ala bilərlər. Əminik ki, bizim inkişafımız ölkənin Turizm sektoruna daha da böyük təkan verəcək və bu sənayedəki bütün müəssisələrin rəqəmsallaşmasına kömək edəcək.

Rəsmi internet saytı - https://epoint.az

Email - [email protected]

Epoint.az sosial şəbəkələrdə – Facebook , Instagram , Linkedin

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR