Bank Of Baku

Sahil Babayev: 2030-cu ilədək büdcə gəlirlərinin 70%-nin qeyri-neft sektorundan formalaşması hədəflənir

Maliyyə naziri Sahil Babayev

© APA | Maliyyə naziri Sahil Babayev

# 25 sentyabr 2026 16:37 (UTC +04:00)

Azərbaycan 2030-cu ilədək dövlət büdcəsi gəlirlərinin 70%-nin qeyri-neft sektorundan, yalnız 30%-nin isə neft gəlirlərindən formalaşmasını hədəfləyir.

“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində “Beynəlxalq maliyyə əməkdaşlığı: Artım üçün tərəfdaşlıqların qurulması” mövzusunda keçirilən sessiyada çıxışı zamanı maliyyə naziri Sahil Babayev bildirib.

Sahil Babayev qeyd edib ki, son iki ildə Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertləri təxminən 20% azaltmağa nail olub.

Sahil Babayevin sözlərinə görə, növbəti üç il ərzində Neft Fondundan dövlət büdcəsinə transfertlərin daha 20% azaldılması nəzərdə tutulur.

Sahil Babayev bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi, iqtisadi və fiskal islahatlar nəticəsində Azərbaycanın neft-qaz sektorundan asılılığının azaldılması prosesi davam edir. Təxminən 20–25 il əvvəl neft-qaz sektoru ölkədə ÜDM-in yarıdan çoxunu formalaşdırırdı.

Maliyyə naziri həmçinin son beş il ərzində Azərbaycanın büdcə göstəricilərinə toxunaraq, büdcə profisitinin ardıcıl olaraq ÜDM-in 3%-dən çoxunu təşkil etdiyini bildirib.

Sahil Babayev Azərbaycanın möhkəm makroiqtisadi və fiskal mövqeyə malik olduğunu, iqtisadi artımın son illərdə dayanıqlı xarakter daşıdığını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR