Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksandr Novakla görüşüb.
Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Görüş zamanı, xüsusilə ticarət-iqtisadi sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Tərəflər sənaye, energetika, nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.