Azəri-Çıraq-Günəşli yatağına daxil olan "Şərqi Mərkəzi Azəri" (ACE) layihəsinin sığortaçısı məlum olub. 2024-cü ilin əvvəlindən etibarən neft hasilatına başlanılacaq ACE platforması beynəlxalq sığorta şirkəti "Price Forbes" tərəfindən sığortalanıb.
Bunu "APA-Economics"ə eksklüziv açıqlamasında BP-nin xarici kommunikasiyalar üzrə rəhbəri, ACE layihəsinin baş meneceri Nill Filips deyib.
O bildirib ki, BP beynəlxalq sığorta strategiyasına uyğun olaraq risklərin sığortalanması üçün icazə alıb və ACE layihəsinin bütün tərəfdaşları risklərdən sığortalanmaqda maraqlıdır.
Qeyd edək ki, mərkəzi Londonda yerləşən "Price Forbes" 1893-cü ildə yaradılıb. Qlobal sığorta bazarının oyunçularından olan sığorta brokeri dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərir.