Bank Of Baku

Şirinləşdirilmiş mineral və qazlı içkilər, habelə çipslərə aksiz tətbiqinin səbəbi açıqlanıb

Şirinləşdirilmiş mineral və qazlı içkilər, habelə çipslərə aksiz tətbiqinin səbəbi açıqlanıb
# 06 noyabr 2026 12:07 (UTC +04:00)

Şirinləşdirilmiş mineral və qazlı içkilər və çipsilər aksizli malların dairəsinə daxil ediləcək.

APA xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

“Bu cür məhsulların aksizli mallar kateqoriyasına daxil edilməsi müxtəlif ölkələrin təcrübəsində də geniş yayılmış dünya praktikasına uyğundur. Bu cür məhsullar ümumilikdə zərərli məhsullar kateqoriyasına da daxildir. Lakin burada əsas məqsəd bu deyil. Başlıca məqsəd beynəlxalq təcrübədə geniş yayılmış vergi siyasəti praktikasının bu məhsullara münasibətdə də tətbiq edilməsidir”, - idarə rəisi bildirib.

Qeyd edək ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, şirinləşdirilmiş mineral və qazlı içkilər aksizli malların, habelə aksiz markası ilə markalanmalı məhsulların siyahısına daxil ediləcək, yerli istehsalın hər litrinə 0,10 manat aksiz vergisi alınacaq.

Çipsi də aksizli mal olacaq, hər kiloqrama görə 1 manat aksiz vergisi tətbiq ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR