“S&P” Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini sabit saxlayıb

“S&P” Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini sabit saxlayıb
# 05 iyun 2025 10:48 (UTC +04:00)

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini (BICRA) sabit saxlayıb.

"APA-Economics" bu barədə reytinq agentliyinə istinadən xəbər verir. Məlumata görə, S&P-nin BICRA indeksi üzrə Azərbaycan yenidən 8-ci sırada qərarlaşıb.

Sektorun sənaye risk qiymətləndiriməsi “müsbət”, iqtisadi risk qiymətləndirməsi isə "stabil" olaraq qalıb.

Qeyd edək ki, BICRA (Banking Industry Country Risk Assessments) “S&P Global Ratings” agentliyinin bank sənayesi ölkə risk qiymətləndirməsidir. Qiymətləndirmə üzrə ən yüksək bal 1, ən aşağı bal isə 10-dur. S&P sonuncu dəfə 2023-cü ilin dekabr ayında Azərbaycanın bank sektoru ilə bağlı risklərin qiymətləndirilməsini “9”dan “8”-ə yaxşılaşdırıb. Bu ilin fevral ayında isə Azərbaycan bank sektoru üçün sənaye risk qiymətləndiriməsini “sabit”dən “müsbət”ə dəyişdirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR