Bank Of Baku

Taleh Kazımov: Cari əməliyyatlar balansında bu il 5,5 mlrd. dollar profisit gözlənilir

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov

© APA | Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov

# 06 may 2026 11:19 (UTC +04:00)

Cari ildə Azərbaycanın cari əməliyyatlar balansının profisiti 5,5 mlrd. ABŞ dollarına çatacağı gözlənilir.

"APA-Economics" xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

O qeyd edib ki, 2027-ci ildə isə AMB cari əməliyyatlar balansının profisitinin 4,4 mlrd. dollar olacağını proqnozlaşdırıb:

"Bunun əsas səbəbi AMB neft və qaz qiymətləri üzrə yeni proqnozudur. Belə ki, Mərkəzi Bank neftin orta qiymətini 2026-cı il üzrə 84,5 dollar, 2027-ci il üzrə 78 dollar müəyyən edib. Qazın min kubmetrinin qiyməti 2026-cı il üzrə 324 dollar, 2027-ci il üzrə 290 dollar proqnozlaşdırılıb".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR