Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov 12-18 oktyabr tarixlərində Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) Vaşinqtonda keçiriləcək illik toplantısında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.
"APA-Economics" xəbər verir ki, bu barədə AMB sədri özünün "Twitter" hesabında qeyd edib. T.Kazımov əlavə edib ki, toplantı çərçivəsində bir sıra tədbir və görüşlərdə iştirak edəcək.