Bank Of Baku

Valyuta hərracında bankların dollar tələbi 2 dəfəyə yaxın artıb

Valyuta hərracında bankların dollar tələbi 2 dəfəyə yaxın artıb
# 20 oktyabr 2022 12:54 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics" AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 53,2 mln. ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (18 oktyabr 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 81,5% və ya 23,9 mln. ABŞ dolları artıb.

Qeyd edək ki, ötən hərracda bankların dollar tələbi 29,3 mln. ABŞ dolları təşkil etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR