Bank Of Baku

2017-ci ildə “Cənub Qaz Dəhlizi”nin aktivləri 35% artıb

2017-ci ildə “Cənub Qaz Dəhlizi”nin aktivləri 35% artıb
# 20 iyun 2018 15:14 (UTC +04:00)

2017-ci ildə “Cənub Qaz Dəhlizi” (CQD) QSC-nin aktivləri 34,8% artaraq 11 mlrd. 87,769 mln. dollar təşkil edib.

 

"APA-Economics" xəbər verir ki, bu barədə məlumat QSC-nin 2017-cı il üçün audit olunmuş maliyyə hesabatında öz əksini tapıb.

 

Hesabat dövründə “Cənub Qaz Dəhlizi”nin qısamüddətli aktivləri 2,3 dəfə azalaraq 190,869 mln. dollar, uzunmüddətli aktivləri isə 40,1% artaraq 10 mlrd. 896,9 mln. dollar olub.

 

Ötən ilin sonuna “Cənub Qaz Dəhlizi” QSC-nin öhdəlikləri 47% artaraq 7 mlrd. 767,131 mln. dollara çatıb. Hesabat dövründə QSC-nin qısamüddətli öhdəlikləri 39,5% azalaraq 446,199 mln. dollar, uzunmüddətli öhdəlikləri 61,1% artaraq 7 mlrd. 320,932 mln. dollar olub.

 

2017-ci ilin sonuna “Cənub Qaz Dəhlizi”nin kapitalı 12,7% artaraq 3 mlrd. 320,638 mln. dollar, səhmdar kapitalı 38,8% artaraq 2 mlrd. 415,8 mln. dollara bərabər olub.

 

Ötən il ərzində CQD-nin gəlirləri 13,6% artaraq 126,703 mln. dollar, satışların maya dəyəri 7,2% artaraq 74,985 mln. dollar, vergi ödənilənədək zərər 94,344 mln. dollar təşkil edib.

 

Ötən il şirkətin xalis zərəri 46,627 mln. dollar təşkil edib, bu da 2016-cı ilin göstəricisindən 36,2% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR