“AFB Bank” ASC-nin aktivlərinin həcmi 2017-ci ilin IV rübündə 494,620 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 69% çoxdur. “APA-Economics” xəbər verir ki, bankın kredit portfeli hesabat dövrü ərzində 12,55% artaraq 218,052 mln. manata çatıb.
Bankın depozit portfeli hesabat dövrü ərzində 2,6% artaraq 143,407 mln. manata, öhdəlikləri isə 98,4% artaraq 428,074 mln. manat təşkil edib.
Bir il ərzində bankın nizamnamə kapitalı isə dəyişməyərək 70 mln. 393,455 min manat təşkil edib.
Bankın gəlirləri ötən il 36,197 mln. manat, xərcləri isə təxminən 18,376 mln. manat olub.
Qeyd edək ki, “AFB Bank” ötən ili 12 mln. 185 min 824,68 manatlıq zərərlə başa vurub.