Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Amrahbank” ASC əhaliyə göstərilən xidmətlər çeşidini genişləndirərək “CONTACT” təcili pul köçürmələri sisteminin tətbiqinə başlayıb.
Bankdan “APA-Economics”ə verilən xəbərə görə, MDB və digər ölkələrə pul köçürmə imkanları, rəsmiləşdirmənin sadəliyi, aşağı komissiya xərcləri “CONTACT” təcili pul köçürmələri sisteminin üstünlüklərindəndir.
“CONTACT” təcili pul köçürmələri xidmətindən “Amrahbank”ın bütün filiallarında faydalanmaq mümkündür. Bundan başqa, “Amrahbank”da “Western Union”, “Zolotaya Korona”, “Blizko”, “Monex”, “Caspian Money Transfer” sistemləri ilə də həm yerli, həm də beynəlxalq pul köçürmələrinin xidmətlərindən istifadə etmək mümkündür.