“Amrahbank” ASC-nin aktivlərinin həcmi 2016-cı ilin IV rübündə 256,224 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 15,7% azdır.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 14,3% azalaraq 138,542 mln. manat olub.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 19,3% azalaraq 202,845 mln. manat, depozit portfeli isə 8,9 azalaraq 141,385 mln. manat olub.
Bir il ərzində bankın məcmu kapitalı 1,2% artaraq 53,379 mln. manat, nizamnamə kapitalı dəyişməyərək 39 mln. 844,4 min manat təşkil edib.