Bir çox layihələrin altına öz imzasını atan “Apamark” marketinq və PR şirkəti bu dəfə yerli marketinq sektoruna olan özəl töhfəsi ilə fərqlənib. Şirkət yerli marketinq bazarı üçün məxsusi ikonlar təqdim etməsi ilə diqqət çəkib.
Şirkət rəhbəri Ceyhun Fərzəliyevin sözlərinə görə, yerli marketinq ikonlarının yaradılması prosesi çoxdan planlaşdırılmış bir addım idi. “Apamark” şirkəti olaraq biz daima bazarda baş verənləri öz aramızda müzakirəyə çıxarırıq. Müşahidələrimiz göstərir ki, mediada, sosial şəbəkələrdə, marketoloqların toplaşdığı qruplarda hər hansı bir xidmət haqqında danışılanda və ya onun sifarişi üçün təklif istəniləndə müxtəlif internet şəkillərindən istifadə olunur. “Apamark” şirkət olaraq bütün bunları nəzərə alıb marketinq sektoru üçün özəl ikonlar hazırlamağı qərara aldıq.
Hər kəsin istifadə edə biləcəyi ikonlar
Bu ikonlar “Apamark” şirkəti tərəfindən hazırlanmasına baxmayaraq, marketinq və PR sahəsi ilə əlaqəsi olan istənilən şirkətin bu ikonlardan istifadə etməsinə tərəfimizdən icazə veriləcək. Bunun üçün qarşı tərəfin “Apamark” şirkətinə müraciət etməsi kifayətdir. Ümumilikdə tərəfimizdən 2D və 3D formatlarında 26 ikon hazırlanıb. İkonların üzərində olan rənglər “Apamark” şirkətinin korporativ rəngləridir. İkonlar üzərində olan rəqəmlər isə həmin xidmətin növlərini göstərir. Azərbaycan, İngilis və Rus dillərində hazırlanmış ikonlar bu ilin sonuna kimi yenilənəcək Apamark şirkətinin yeni saytında və ofisin yeni interyerində də öz əksini tapacaqdır. İkonları vizual olaraq görmək istəyənlər apamark şirkətinin rəsmi facebook və ya instagram səhifəsinə daxil ola bilərlər.
Qeyd edək ki, “Maarifləndir ki, müştəri qazanasan” fəlsəfəsi ilə fəaliyyət göstərən “Apamark” şirkəti bu ilin sonuna kimi 3 böyük layihə təqdim etməyi planlaşdırır. Şirkətin xidmət şəbəkəsinə müxtəlif təyinatlı internet səhifələrin yığılması, qrafik dizayn işləri, PR xidməti, foto/video çəkilişlər, media yerləşdirmə, rəqəmsal marketinq strategiyalarının hazırlanması və xidmətlərinin göstərilməsi, SEO analiz, SMM və s. kimi xidmətlər daxildir.