“Atabank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“APA-Economics” xəbər verir ki, iclas iyunun 20-də baş tutacaq.
Yığıncağın gündəliyinə 2017-ci il üzrə Müşahidə Şurasının və İdarə Heyətinin hesabatı, bankın ötən il üzrə illik hesabatlarının, mühasibat balansının, mənfəət və zərər hesabatının təsdiq edilməsi. Mənfəətinin müzakirəsi və digər məsələlər daxildir.