Bank. Yeganə Laçınzadə - APA-Economics. “Azərbaycan Kredit Bankı” ASC-nin səhm emissiyası davam edir.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, 16 mart 2015-ci il tarixində bankın səhmdarı tərəfindən 7 mln. 67 min 200 manatlıq səhm qeydə alınaraq nizamnamə kapitalı 39 mln. 964 min 736 manata çatdırılıb.
Emissiyadan öncə bankın nizamnamə kapitalı 32 mln. 897 min 536 manat olub.