Bank Of Baku

“Azərişıq” ötən il öhdəliklərini azaldıb

“Azərişıq” ötən il öhdəliklərini azaldıb
# 14 iyun 2018 14:34 (UTC +04:00)

“Azərişıq” ASC ötən ilin maliyyə vəziyyəti haqqında hesabatını açıqlayıb.

 

Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, “Azərişıq”nın aktivlərinin həcmi ötən il 2 mln. 055,110 min manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 13,43% azdır.

 

Şirkətin uzunmüddətli aktivləri isə 10,59% artaraq 1 mln. 806,212 min manat, cəmi qısamüddətli aktivləri isə 66,40% azalaraq 248,897 min manat təşkil edib.

 

“Azərişıq”ın hesabat dövründə cəmi öhdəlikləri 53,63% azalaraq 461,950 min. manat olub.

 

Cəmi uzunmüddətli öhdəlikləri 322,398 min manat təşkil edib ki, bu da ötən ilin eyni ilə müqayisədə 60,46% az deməkdir.

 

Əməliyyat gəliri 10,173 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10,78% çoxdur.

 

“Azərişıq” hesabat dövründə mənfəəti 63,823 mln. manat xalis mənfəətlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR