Yeganə səhmdarın qərarı ilə fəaliyyətinə xitam verilən “Azərqarant Sığorta” ASC kreditorlarına müraciət edib.
Bu barədə “APA-Economics”ə sığorta şirkətindən məlumat verilib.
“Kreditorların nəzərinə çatdırılır ki, tələbləri ilə iki ay müddətində Bakı, Nəsimi rayonu, 28 May küçəsi, 72 nömrəli ünvana müraciət edə bilərlər”, - deyə məlumatda vurğulanıb.