Bu gün Bakıda keçirilən Azərbaycan-Pakistan biznes konfransı zamanı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Pakistanın Ravalpindi Ticarət və Sənaye Palatasının (RCCİ) arasında Anlaşma Memorandumu imzalanıb.
“APA-Economics”in məlumatına görə, Anlaşma Memorandumunu Azpromo tərəfindən fondun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev və RCCİ-nin prezidenti Zahid Lətif Xan imzalayıblar.