Bank Of Baku

“Bakı Metropoliteni”: Manatın devalvasiyası gediş haqlarına təsir etməyəcək

“Bakı Metropoliteni”: Manatın devalvasiyası gediş haqlarına təsir etməyəcək
# 02 mart 2015 14:25 (UTC +04:00)

Bunu APA TV-nin “Sosium” verilişində “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətini rəhbəri Nəsimi Paşayev deyib.

 

N. Paşayev bildirib ki, ümumiyyətlə metroda gediş haqqının qiyməti ilə bağlı məsələyə Tarif Şurası baxır və QSC bununla bağlı şuraya müraciət etmək niyyətində deyil.

 

“Məlumdur ki, bir sərnişinin daşınmasına çəkilən xərc onun ödədiyi gediş haqqından dəfələrlə çoxdur. Lakin buna baxmayaraq, hər il dövlət büdcəsindən “Bakı Metropoliteni” dotasiya alır və bu imkan verir ki, xərcləri ödəyək. Bununla yanaşı, manatın məzənnəsinin düşməsindən sonra söz-söhbətlər gəzməyə başladı ki, gediş haqları artacaq. Lakin biz bununla bağlı Tarif Şurasına müraciət etməmişik”, - deyə N. Paşayev bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR